Xəzər Xəbər

Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib

Gündəm | 12:49 • 2 Aprel 2020
 Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
Azərbaycanda tibbi maska və spirtlə bağlı problem yaxın günlərdə öz həllini tapacaq. Belə ki, respublikamıza tibbi maska istehsalı üçün xammal gətirilib. Yaxın günlərdə bakterioloji, nano və cərrahi maskaların istehsalına başlanılacaq. 

Xezerxeber.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, günə 200 min maska istehsal olunacaq: "Artıq avadanlıqlar quraşdırılıb və prosesə aprelin əvvəlindən başlanılacaq”.

Xəbər lenti