Xəzər Xəbər

ÜST koronavirusun sürətlə yayılmasından narahatdır

Gündəm | 08:47 • 2 Aprel 2020
 ÜST koronavirusun sürətlə yayılmasından narahatdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının sürətlə yayılmasından narahatdır.

Təşkilatın baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bir həftə ərzində dünyada koronavirus infeksiyasından ölənlərin sayının iki dəfə artdığını bildirib. Qeyd edilib ki, yaxın günlərdə virusa yoluxanların sayı bir milyon nəfərə, həyatını itirənlərin sayı isə 50 min nəfərə çatacaq.

Baş direktor, həmçinin əlavə edib ki, indiyədək Afrika və Latın Amerikasında təsdiqlənmiş koronavirusa yoluxma hadisələri nisbətən az saydadır, lakin pandemiya bu regionlarda ciddi sosial-iqtisadi və siyasi nəticələrə səbəb ola bilər. Buna görə də, xəstələrin müəyyənləşdirilməsi və müalicəsi üçün yaxşı hazırlaşmaq son dərəcə vacibdir. O, məhdud resurslara baxmayaraq, bir çox dövlətin müvafiq kadr hazırlıqlarını təqdir edib.

Bundan başqa T. Qebreyesus maskalardan istifadənin infeksiyanın yayılmasının qarşısının ala biləcəyi araşdırdığını bildirib. İndiyədək ÜST maskalardan istifadəni yoluxmuş şəxslər və onlara qulluq edən şəxslər üçün tövsiyə edirdi və sağlam insanların maskalardan istifadə etməsinin yalnız təhlükəsizlik hissləri oyadacağı barədə xəbərdarlıq edirdi. Hesab edilirdi ki, maskadan istifadə edən şəxslər artıq yetərincə ehtiyat tədbiri gördüklərini sanaraq, əllərin gigiyenasına fikir verməyə bilərlər. O, bir sıra ölkələrdə olduğu kimi (Avstriya, Çexiya və Sloveniya) maskalardan kütləvi istifadənin tövsiyə olunacağı təqdirdə belə, müvafiq gigiyena tədbirlərinə əməl olunmasına çağırış edib. (AZƏRTAC)

Xəbər lenti