Xəzər Xəbər

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib

Gündəm | 11:36 • 1 Aprel 2020
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib

Martın 31-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, komitənin sədri Hicran Hüseynova iclası açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. Komitə sədrinin müavini Jalə Əliyeva, üzvləri Sədaqət Vəliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov, Tamam Cəfərova, Könül Nurullayeva və Pərvin Kərimzadə gündəlikdə olan 2 məsələni birinci oxunuşda müzakirə ediblər. 

Birinci məsələ - "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər "Təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır.

İkinci məsələ - Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Uşaq hüquqları haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, "Gənclər siyasəti haqqında”, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, "Könüllü fəaliyyət haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Reklam haqqında” və "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliklər isə "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır.

Müzakirələrdən sonra sənədlərin Milli Məclisdə müzakirəsi məqsədəuyğun hesab edilib.

Xəbər lenti