Xəzər Xəbər

Azərbaycanda kapital və əmlak amnistiyası elan edilə bilər Nazirdən AÇIQLAMA

Gündəm | 19:37 • 31 Mart 2020
Azərbaycanda kapital və əmlak amnistiyası elan edilə bilər

"Biz məşğulluğun qorunması və genişləndirilməsini başlıca vəzifəmiz kimi görürük”.

Bunu İqtisadiyyat naziriMikayıl CabbarovPrezident İlham Əliyevin qəbulunda olarkən deyib.

O bildirib ki, Azərbaycan neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindədir.

M.Cabbarov Azərbaycanda kapital və əmlak amnistiyası ilə bağlı təkliflərdən də söz açıb:

"Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə olunub. Bu gün sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, istərsə də Azərbaycan Banklar Assosiasiyasının (ABA) təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin -kapital və əmlak amnistiyasının baxılmasının vəsatətini qaldırıblar. Biz ümumi zərfdə onu da hökumətə, sizin diqqətinizə təqdim edəcəyik”.

Xəbər lenti