Xəzər Xəbər

Elektrik enerjisi limiti artırıla bilər Nazir açıqladı

Gündəm | 22:08 • 30 Mart 2020
Elektrik enerjisi limiti artırıla bilər

"Əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da təkliflər arasındadır”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AZTV-nin "Hədəf” proqramında dilə gətirib.

Onun sözlərinə görə, bunun da məntiqi sadədir:

"Biz bilirik ki, karantinin şərtlərindən, tələblərindən biri ondan ibarətdir ki, insanlar daha çox vaxtlarını evlərində keçirsinlər. Bu da, təbii olaraq, elektrik enerjisinin istehlakının artmasına gətirib çıxarır.

Xüsusən limitdən istifadə edən əhalinin həssas qrupları üçün bu nəzərə alınır.

Bu iş, əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir”.

Xəbər lenti