Xəzər Xəbər

Azərbaycanda koronavirusa görə karantində saxlanılanların sayı dörd mini ötdü - RƏSMİ

Gündəm | 17:55 • 30 Mart 2020
Azərbaycanda koronavirusa görə karantində saxlanılanların sayı

Azərbaycanda bu günə qədər koronavirus şübhəsi ilə karantinə yerləşdirilənlər şəxslərin sayı açıqlanıb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qeyd edilib ki, ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.

Xəbər lenti