Xəzər Xəbər

Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verildi

Gündəm | 15:31 • 30 Mart 2020
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verildi

Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilib.

XəzərXəbər xəbər verir ki, bununla bağlı Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, "Məşğulluq haqqında” qanunun 4.6-4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulduğu hallarda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək.

4.6-cı maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan məşğul şəxslər barəsində təqdim edilmiş məlumatları həmin məlumatlar təqdim olunduğu gündən ən geci bir ay müddətində məşğul şəxslərin reyestrinə daxil etməlidir.

4.8-ci maddəyə əsasən isəməlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci bir ay müddətində daxil edilir.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti