Xəzər Xəbər

Türkiyə beynəlxalq təşkilatları Dağlıq Qarabağda keçiriləcək "seçki"ləri boykot etməyə çağırdı

Gündəm | 14:43 • 30 Mart 2020
Türkiyə beynəlxalq təşkilatları

"Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan seçkilər Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür".

XəzərXəbər xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir.

ATƏT Minsk Qrupunun və bütün beynəlxalq təşkilatların Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz seçkiləri keçirməsini boykot etməyə çağırıldığı açıqlamada bildirilib:

"Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün, ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqlarının davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili, sülh yolunu və eləcə də davamlı sabitliyi sarsıdan bir təşəbbüsdür. Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən ATƏT-in Minsk Qrupunu bu seçkini tanımamağa dəvət edirik. Türkiyə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yeni şəkildə pozulmasını təşkil edəcək bu qeyri-qanuni seçkiləri rədd edir. Türkiyə, ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”.

Xəbər lenti