Xəzər Xəbər

65 yaş qadağası deputatlara şamil ediləcək? QANUN

Gündəm | 12:45 • 30 Mart 2020
65 yaş qadağası deputatlara şamil ediləcək?

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil eilməyəcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 5-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Xəbər lenti