Xəzər Xəbər

SON DƏQİQƏ: Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı

Gündəm | 11:50 • 30 Mart 2020
SON DƏQİQƏ:

Milli Məclis plenar iclasında "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

XəzərXəbər xəbər verir ki, layihəni deputatlara Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsinin bir məzmunu var: "Bizdə il ərzində 4 dəfə çağırış olur. Hazırki situasiyanı nəzərə alaraq aprelin 1-də olan çağırışın mayın 31-nə qədər uzadılır”.

Ziyafət Əəgərov əlavə edib ki, indiki halda virusu hərbi hissələrə daşıya bilmərik: "Bu virus Silahlı Qüvvələrə keçsə, görün hansı nəticələr yarada bilər. Cənab Prezident situasiyanı nəzərə alaraq belə bir qərar verib.

Xəbər lenti