Xəzər Xəbər

Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər

Gündəm | 10:33 • 28 Mart 2020
Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

A. Təvəkküloğlu bildirib ki, deputatlar və Milli Məclisin əməkdaşlarının hamısı tibbi test yoxlanışından keçib: "Testlərin nəticəsi neqativ çıxıb. Yəni, heç bir problem yoxdur. Jurnalistlər də Milli Məclisin rəhbərliyinin təşəbbüsü ilə termovizor qurğusu ilə yoxlamadan keçiriləcək. Eyni zamanda onların iclası izləməsi üçün hər cür şərait yaradılır”.

Xəbər lenti