Xəzər Xəbər

Cəmi 11 saata 250 avtomobil Bakı istiqamətinə geri qaytarıldı

Gündəm | 14:41 • 24 Mart 2020
Cəmi 11 saata 250 avtomobil Bakı istiqamətinə geri qaytarıldı

Ötən 11 saat ərzində 250-yə yaxın nəqliyyat vasitəsi Bakı istiqamətinə qaytarılıb.

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin mövcud qərarlarına baxmayaraq, paytaxta giriş istiqamətlərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir:

"Qaydalar qüvvəyə mindiyi vaxtdan bu günə qədər yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Təkcə ötən 11 saat ərzində hər üç post üzrə təxminən 250-yə qədər avtomobil Bakı istiqamətinə qaytarılıb”.

Xatırladaq ki, mart ayının 19-dan bu günə qədər paytaxta giriş istiqamətlərində qurulan hər üç post üzrə ümumilikdə 4500-ə qədər nəqliyyat vasitəsi geri qaytarılıb.

Xəbər lenti