Xəzər Xəbər

Azərbaycanda koronavirusa görə istehsalın dayandırılması gündəlikdə deyil - RƏSMİ

Gündəm | 22:31 • 23 Mart 2020
Azərbaycanda koronavirusa görə

"İnfeksiyaya qarşı mübarizədə zəruri olan məhsulların ölkə daxilində istehsal olunması məsələsi gündəmdədir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, istehsal sahələrində insanların izolyasiyası gündəlikdə deyil:

"İstehsalın dayandırılması gündəlikdə deyil. Qərarlar və qadağalarla həyatın bütün sferalarını əhatə etmək mümkün deyil. İstehsal sahəsində rəhbərlik yoluxma gördükdə zəruri qərar qəbul edə, tədbirlər görə bilər”.

"Situasiyanın mürəkkəbliyi ondadır ki, infeksiyaya qarşı mübarizə aparılmalıdır, həm də ticarət əlaqələri, istehsal olmalıdır ki, ölkədə ərzaq təhıükəsizliyi təmin edilsin”, - deyə İ.Məmmədov qeyd edib.

Xəbər lenti