Xəzər Xəbər

Azərbaycanda koronavirusa yoluxanların əsas yaş qrupları açıqlandı - RƏSMİ

Gündəm | 23:56 • 23 Mart 2020
Azərbaycanda koronavirusa yoluxanların

"Koronavirusa yoluxanlardan 30-a yaxınıxaricdən gələn şəxslərdir”.

Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, digərləri ölkə daxilində yoluxanlardır.

Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev əlavə edib ki, koronavirusa yoluxanlar arasında xaricdən təxliyyə edilən şəxslər də var.

O qeyd edib ki, Azərbaycanda 18 yaşa qədər üçnəfər koronavirusa yoluxub:

"Həmin şəxslərin vəziyyəti normaldır. Onlar yaxın günlərdə evə buraxılacaq”.

Xəbər lenti