Xəzər Xəbər

Koronavirus ən çox harada yayılıb? İbrahim Məmmədov aydınlıq gətirdi

Gündəm | 22:18 • 23 Mart 2020
Koronavirus ən çox harada yayılıb?

"Əslində, Azərbaycanda olan xəstələrin sayı bölgü aparmağa icazə vermir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O, Sumqayıt şəhərində və Şəki rayonunda koronavirusa yoluxanların sayının çox olması barədə yayılan məlumatlara da münasibət bildirib:

"Koronavirusa yoluxmuş 61 xəstə var ki, onun da 10-dan artığı yaxın vaxtlarda evə buraxılacaq vəziyyətdədir. Regionların adını çəkməklə, qırmızı zona elan etmək mümkün deyil, həm də təhlükəlidir.

Bundan çəkinmək lazımdır. Koronavirusa yoluxan 61 nəfərin çoxu xaricdən gəlib, kiçik hissəsi daxildədir”.

Xəbər lenti