Xəzər Xəbər

Koronavirus epidemiyasının qarşısının alınması üçün heç bir ölkənin səhiyyəsi hazır deyildi

Gündəm | 22:56 • 23 Mart 2020
Koronavirus epidemiyasının qarşısının alınması üçün

Xəstəlik çox hallarda yüngül və sipmtomsuz keçir. 20 faiz hallardaoksigen terapiyası, beş faiz hallarda isə ağciyərlərin süni terapiyası da tətbiq edilir.

Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, tibb işçiləri işini adi rejimdə davam etdirəcəklər:

"65 yaşdan yuxarı tibb işçiləri vəzifə borcunu yerinə yetirəcək. Xüsusi karantin rejimində 65 yaş tək və tənha insanlar üçün nəzərdə tutulub”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi barədəqərarına əsasən Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Qeyd olunub ki, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən xidmətlərin göstərilməsi təmin edilməlidir.

Xəbər lenti