Xəzər Xəbər

Həssas qruplara aid olan yaşlılara bu şəxslər xidmət edəcək - RƏSMİ

Gündəm | 22:31 • 23 Mart 2020
Həssas qruplara aid olan yaşlılara

"Xüsusi həssas qrupların təhlükədən qorunması ilə bağlı Tədbirlər Planı, təkliflər hazırlanır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qısa müddətdə təkliflər elan olunacaq:

"65 yaşdan yuxarı insanlar, xüsusilə tənha adamlara sosial xidmətlər göstəriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmətçilər var. Onlar əvvəllər də işləyirdi, sadəcə, onların xidmət etdiyi insanların sayı artıq artacaq”.

Xəbər lenti