Xəzər Xəbər

Karantin elan olundu: Bəs, ərzaq mağazaları?

Gündəm | 21:28 • 23 Mart 2020
Karantin elan olundu:

Azərbaycanda bu gecədən elan olunan karantin rejiminin ərzaq mağazalarının fəaliyyətinə heç bir təsiri olmayacaq.

Nazirlər kabineti yanında Operativ Qərargahın təlimatına görə, ticarət mərkəziləri və mollar bağlansa da, bu mərkəzlərdəki supermarketlər, ərzaq mağazaları və apteklər işləməlidir.

Həmçinin ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyətinin təmin edilməsi barədə Operativ Qərargah göstəriş verib.

Qeyd edək ki, 24 mart saat 00:00-dan başlayaraq, 20 aprelə qədər Azərbaycanda KARANTİN elan olunur.

Xəbər lenti