Xəzər Xəbər

Bakıda metronun fəaliyyəti məhdudlaşdırıldı

Gündəm | 21:08 • 23 Mart 2020
Bakıda metronun fəaliyyəti məhdudlaşdırıldı

Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi karantinə uyğun olaraq, mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılıb.

Bu qərar uyğun olaraq, Bakıda metropolitenin fəaliyyəti də məhdudlaşdırılıb.

Qərara əsasən, Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətləri tətbiq edəcək. Sərnişinlərə tövsiyə edilib ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Qeyd edək ki, 24 mart saat 00:00-dan başlayaraq, 20 aprelə qədər Azərbaycanda KARANTİN elan olunur.

Xəbər lenti