Xəzər Xəbər

Dövlət Miqrasiya Xidməti əcnəbilər üçün elektron xidmətlər təqdim edir

Gündəm | 09:43 • 20 Mart 2020
Dövlət Miqrasiya Xidməti əcnəbilər üçün

Dövlət Miqrasiya Xidməti bildirir ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, Xidmətin Qəbul şöbələrində (bölmələrindən) çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədilə hazırda bir sıra xidmətlər, o cümlədən əcnəbilərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşama icazələrinin alınması (uzadılması) yalnız elektron qaydada (https://eservice.migration.gov.az) həyata keçirilir.

XəzərXəbər-in məlumatına görə, bəzi regionlarda əcnəbilərin elektron xidmətlərdən istifadə imkanlarının olmaması səbəbindən elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilmirlər. Bu hallarda əcnəbilərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması və müvəqqəti yaşama icazələrinin alınması (uzadılması) ilə bağlı 20-28 mart 2020-ci il tarixdə Xidmətin regional miqrasiya idarələri (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) üzrə Qəbul şöbələrinə (bölmələrinə) sənəd qəbulu yalnız əvvəlcədən yazılmaqla həyata keçiriləcək.

Əvvəlcədən yazılmaq üçün əlaqə nömrələri:

Şirvan regional miqrasiya idarəsi: (021) 215-71-23

Şəki regional miqrasiya idarəsi: (024) 245-21-28

Gəncə regional miqrasiya idarəsi: (022) 265-19-29

Lənkəran regional miqrasiya idarəsi: (025) 252-62-83

Xaçmaz regional miqrasiya idarəsi: (023) 325-60-19

Ağsu regional miqrasiya idarəsi: (077) 444-08-84

Yevlax regional miqrasiya idarəsi: (022) 337-82-05

Digər hallarda isə əcnəbilərin Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlanmaları xahiş olunur.

Əlavə olaraq, bildiririk ki, rüsum vaxtında ödənildikdən sonra əcnəbilər tərəfindən hazır sənədin bir müddət götürülməməsi heç bir məsuliyyət yaratmır.

Xəbər lenti