Xəzər Xəbər

Həmsədrlər bəyanat yaydı

Gündəm | 19:44 • 19 Mart 2020
 Həmsədrlər bəyanat yaydı

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb.

Bu barədə qurumun saytında məlumat verilib.

"COVID-19 -un yayılması nəticəsində meydana gələn müstəsna vəziyyətlə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən aparılan monitorinqlərin dayandırılmasını nəzərə alaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ)) tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə və bu müddətdə gərginliyiartıra biləcək hər hansı təxribatçı hərəkətdən çəkinmək öhdəliyinə bir daha sadiq qalmağa çağırır. Bölgənin tibbi qaynaqlarının yalnız virusun yayılmasına qarşı mübarizə aparmaq və virusa yoluxanların müalicəsinə həsr edilməli olduğunu nəzərə alaraq, mövcud birbaşa rabitə əlaqələrindən maksimum istifadə etməklə, eskalasiya riskini azaltmaq üçün tərəfləri mümkün olan ən yüksək təmkin nümayiş etdirməyə çağırırıq. Beynəlxalq səyahətlərə tətbiq olunan ciddi məhdudiyyətlərə baxmayaraq, həmsədrlər vasitəçilik səylərini fasiləsiz şəkildə davam etdirəcək, bir-biri ilə və tərəflərlə sıx əlaqədə olacaqlar”, - deyə həmsədrlərin bəyanatında deyilir. (APA)

Xəbər lenti