Xəzər Xəbər

Azərbaycanın Gürcüstandakı səfirliyi daha 49 vətəndaşımızın təxliyəsini təmin edib

Gündəm | 19:18 • 19 Mart 2020
Azərbaycanın Gürcüstandakı səfirliyi daha 49 vətəndaşımızın təxliyəsini təmin edib

Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən daha 49 vətəndaşımıza lazımi kömək göstərib.

Martın 19-da Avropa ölkələrindən gələn daha 49 Azərbaycan vətəndaşı səfirliyin təşkilatçılığı ilə Türkiyə ilə Gürcüstan arasındakı "Sarp” sərhəd-keçid məntəqəsindən xüsusi avtobuslarla, yerli polisin müşayiəti ilə "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gətirilib.

Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yaranarsa, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.

Qeyd edək ki, martın 13-dən martın 19-dək 219 vətəndaşımız səfirliyin dəstəyi ilə Azərbaycana qayıdıb.

Məlumat üçün bildirək ki, səfirlikdə "qaynar xətt” yaradılıb. Telefon nömrəsi: +995- 577-06-50-50.

Xəbər lenti