Xəzər Xəbər

Almaniya koronavirusdan sağalan vətəndaşına görə Azərbaycana təşəkkür etdi - FOTO

Gündəm | 14:16 • 19 Mart 2020
Almaniya koronavirusdan sağalan vətəndaşına görə Azərbaycana təşəkkür etdi -

Bakıdan Almaniyaya 100-dən çox xarici vətəndaş yola salınıb.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın Azərbaycandakı Səfirilyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Hamburq Senatının və Federal Xarici İşlər Nazirliyinin böyük dəstəyi ilə, dünən aralarında 50 üzvü olan Hamburq qızlar xoru da daxil olmaqla 100 nəfərdən çox xarici vətəndaş "Lufthansa" çarter təyyarəsi ilə Bakıdan Hamburqa göndərilib.

"Səfirlik öncədən bu təklifi Elefand siyahısı vasitəsilə Azərbaycanda qeydiyyatdan keçmiş bütün alman vətəndaşlarına ünvanlamışdı. Hər şeyin rəvan getdiyindən çox məmnunuq və bu məsələdə iştirak edən Azərbaycanın dövlət qurumlarına, Bakı Hava Limanına və Lufthansaya təşəkkür edirik".

Xatırladaq ki, "COVİD-19”a yoluxduğu aşkarlanan Almaniya vətəndaşı cənab Hatton ölkəmizə İrandan daxil olmuşdu. Azərbaycanda müayinə zamanı onun "COVİD-19” testi pozitiv çıxmışdı. Xüsusi rejimli xəstəxanada müalicə olunan xəstə qısa müddətdə sağalaraq xəstəxanadan buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına görə, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasını qlobal pandemiya elan edib.

Xəbər lenti