Xəzər Xəbər

Leyla Əliyevanın göstərişi ilə azərbaycanlı tələbələrin Rusiyadan qayıtmasına yardım göstərilib

Gündəm | 14:09 • 19 Mart 2020
 Leyla Əliyevanın göstərişi ilə azərbaycanlı tələbələrin Rusiyadan qayıtmasına yardım göstərilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın göstərişi ilə Rusiyada təhsil alan Azərbaycan vətəndaşlarının vətənə qayıtmasına yardım göstərilib.

Koronavirusun yayılması riskinin artması ilə əlaqədar Rusiya ali məktəblərinin yataqxanalarından çıxarılan azərbaycanlı tələbələr AMOR təşkilatına yardım üçün müraciət ediblər.

Təşkilatın sədri Leyla Əliyevanın tapşırığı ilə həmin tələbələrə dəstək göstərilərək, onların vətənə qayıtması xərcləri qarşılanıb. (APA)

Xəbər lenti