Xəzər Xəbər

Nazirlik 20-25 yaşlı gəncləri işə dəvət edir

Gündəm | 14:08 • 19 Mart 2020
Nazirlik 20-25 yaşlı gəncləri işə dəvət edir

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

XəzərXəbər nazirliyə istinadən xəbər verir ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.

Ali təhsilli və kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcək.

İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012)-590-94-12;

(012)-590-93-45.

(012)-590-92-37;

(012)-590-97-52;

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Xəbər lenti