Xəzər Xəbər

Bakıdan rayonlara xüsusi tənzimlənən avtobus reysləri olacaq

Gündəm | 11:46 • 19 Mart 2020
Bakıdan rayonlara xüsusi tənzimlənən avtobus reysləri olacaq

Regionlara hərəkət edən avtobusların işləmə qrafiki sərnişin axınından asılı olacaq.

Bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir:

"Regionlara işləyən avtobuslar əvvəlki kimi fəaliyyətlərini davam etirir. Sadəcə onlar xüsusi tənzimlənən reyslər olacaq. Ola bilsin ki, bu günlərdə işləyən avtobuslar əvvəlki qrafiklə üst-üstə düşməsin. Bu da sərnişin axınından asılıdır. Mümkündür ki, əvvəl hər hansısa istiqamətə 5 reys gedirdisə, bu günlərdə həmin reyslər birləşdirilsin".

P.Məmmədova bildirib ki, avtobusların işləmə vaxtını tam dəqiqləşdirmək üçün (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda info@avtovagzal.az email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yaza bilərlər. (trend)

Xəbər lenti