Xəzər Xəbər

Prezident İlham Əliyevdən minlərlə vətəndaşı SEVİNDİRƏCƏK UNİKAL ADDIM

Gündəm | 11:10 • 19 Mart 2020
Prezident İlham Əliyevdən minlərlə vətəndaşı

Səhiyyə işçiləri mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.

Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili sözlərinə belə davam edib: "Azərbaycan Prezidentinin Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncamı hər şeydən öncə Prezident tərəfindən səhiyyə işçilrinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndrilməlidir. Hər kəsə bəllidir ki, koronovirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə əsgərlərimiz, həkilmlərimiz və digər tibbi xidmət personalımızdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar. Xəstə yaxınlarının ümid yerinə çevrilirlər və eyni zamanda bir qədər də təzyiq altında olurlar. Çünki hər birimizin onlardan gözləntilərimiz olduqca böyükdür. Belə vəziyyətdə heç şübhəsiz ki, tibbi xidmət sahəsində fədakar əmək sərf edən vətəndaşlarımız əməklərinin maddi qarşılığını almalı, gündəlik qayğılardan azad olmalıdırlar. Azərbaycan Prezidenti tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarının üç-beş dəfə artırılması da məhz bu kimi problemləri həll etmək istiqamətində atılan addımdır. Bu sərəncamı təkcə tibb işçilərinə qayğı kimi deyil, həm də koronavirusa yoluxmuş yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirilməlidir. Çünki hər xəstənin müalicəsi özlüyündə növbəti yoluxma hadisəsinin qarşısının da alınması deməkdir. Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxmuş bir xəstə təqribən yüz vətəndaşı yoluxdurma potensialına sahibdir və buna qarşı vaxtında mübarizə aparmaq lazımdır. Ona görə də Prezidentin sərəncamı həm də xəstəliyə qarşı önləyici tədbirləri motivasiya edən addım kimi də qiymətləndirilə bilər”.

publika.az

Xəbər lenti