Xəzər Xəbər

Azərbaycan 171 vətəndaşını Rusiyadan çarter reysi ilə gətirdi

Gündəm | 21:37 • 18 Mart 2020
Azərbaycan 171 vətəndaşını Rusiyadan çarter reysi ilə gətirdi

"Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 18-də üç çarter reysi yerinə yetirib.

Reyslər paytaxt Moskva şəhərinin "Domodedovo" və "Vnukovo" hava limanından həyata keçirilib.

Sonuncu çarter reysi "Airbus A340" tipli təyyarə ilə Moskvanın "Vnukovo" hava limanından yerinə yetirilib və 52 Azərbaycan vətəndaşı Bakıya yola salınıb.

Ümumilikdə isə martın 18-də 171 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

Xəbər lenti