Xəzər Xəbər

AZAL: Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirildi

Gündəm | 20:41 • 18 Mart 2020
AZAL: Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirildi

Azərbaycanın milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

Bu barədə Azərbaycan Hava Yolları”ndan məlumat verilib.

"AZAL Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər", - məlumatda bildirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1 098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Xəbər lenti