Xəzər Xəbər

Səfirlik: İndiyədək Türkiyədən Azərbaycana 1255 vətəndaşımız yola salınıb

Gündəm | 09:09 • 18 Mart 2020
Səfirlik: İndiyədək Türkiyədən Azərbaycana 1255 vətəndaşımız yola salınıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının Türkiyədən təxliyəsi davam edir.

Azərbaycanın Türkiyədəki səfirlindən verilən məlumata görə, martın 15-dən 17-dək AZAL və THY aviaşirkətlərinin təyyarələri Ankara və İstanbul şəhərlərindən çarter reysləri ilə körpələr də daxil olmaqla, ümumilikdə, 1255 vətəndaşımızı Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdırıblar. Martın 17-də sonuncu təyyarə İstanbuldan yerli vaxtla saat 21:00-da havaya qalxıb.

Qeyd edək ki, Azərbaycanın Ankaradakı səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarımızda Türkiyədəki vətəndaşlarımızın suallarını cavablandırmaq üçün "qaynar xətt”lər fəaliyyət göstərir. Diplomatik nümayəndəliklərimiz proseslə bağlı fasiləsiz iş rejimində çalışır. Təxliyə prosesinin davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti