Xəzər Xəbər

Milli Televiziya və Radio Şurası vətəndaşların qəbulunu dayandırır

Gündəm | 14:20 • 17 Mart 2020
Milli Televiziya və Radio Şurası vətəndaşların qəbulunu dayandırır

Milli Televiziya və Radio Şurası koronavirusa görə vətəndaşların qəbulunu dayandırır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurası məlumat yayıb. 

"Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatını, həmçinin, Azərbaycan Respublikası Baş Nazirinin dövlət qurumlarınının rəhbərlərinə ünvanlandığı 16 mart tarixli məktubunu nəzərə alaraq, Milli Televiziya və Radio Şurasında vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır.

Bu dövr ərzində müraciətlər (012) 498-18-82 və (012) 598-50-42 telefon nömrələri vasitəsilə, həmçinin, Şuranın rəsmi elektron poçtu (office@ntrc.gov.az) və Facebook səhifəsi (www.facebook.com/ntrc.gov.az) ilə qəbul olunacaqdır",-deyə məlumatda qeyd edilir. 

Xəbər lenti