Xəzər Xəbər

Azərbaycanda bunu edənlər 5 min manat cərimələnəcək QANUNLAR DƏYİŞDİ

Gündəm | 14:16 • 17 Mart 2020
Azərbaycanda bunu edənlər 5 min manat cərimələnəcək

Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib.

XəzərXəbər xəbər verir ki, Cinayət Məcəlləsinə dəyişiklik məsələsi Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif olunub.

Yeni maddəyə əsasən, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Layihə səsə qoyularaq qəbul edilib.

Həmçinin İnzibati Xətalar Məcəlləsinə bununla bağlı təklif edilən dəyişiklik də qəbul edilib.

Yeni qanuna görə, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcəklər.

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur.

Hüquqi şəxslər 2000 manatdan 5000 manatdək cərimə ediləcəklər.

Xəbər lenti