Xəzər Xəbər

Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Gündəm | 17:08 • 16 Mart 2020
Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

XəzərXəbər xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və İrlandiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, uğurlar, xalqınıza rifah arzulayıram”.

Xəbər lenti