Xəzər Xəbər

“Azəriqaz” xüsusi iş rejimində hansı xidmətləri göstərir?

Gündəm | 17:38 • 16 Mart 2020
“Azəriqaz” xüsusi iş rejimində hansı xidmətləri göstərir?

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər, eləcə də insanların sıx toplaşdıqları yerlərin bağlanmasına dair tövsiyələr nəzərə alınmaqla, "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinin fəaliyyətimartın 15-dən 20-dək məhdudlaşdırılıb.

"Azəriqaz” İstehsalat Birliyinin (İB) Mətbuat Xidmətindən verilən xəbərə görə, müştəri xidmətlərinin göstərilməsi baxımından bu mərkəzlərlə sıx bağlılığı olan "Azəriqaz” İB də bu gündən etibarən yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət” Mərkəzində bir pəncərədə ən zəruri xidmətləri icra edir.

Həmin xidmətlər aşağıdakılardır:

1. İtirilmiş və ya zədələnmiş smart kartların bərpası;
2. Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi;
3. Qüsurlu ödənişlərin bərpası;
4. Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi;
5. Koda düşmüş kartların bərpası;
6. Qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi.

Qeyd edək ki, sadalanan xidmətlərlə bağlı vətəndaşlar martın 20-dək Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət edə bilərlər.

Xəbər lenti