Xəzər Xəbər

Azərbaycanda 15 gün İŞ OLMAYACAQ

Gündəm | 13:28 • 29 Fevral 2020
Azərbaycanda 15 gün

Şənbə və bazar günləri də daxil olmaqla, mart ayında 15 gün iş olmayacaq.

XəzərXəbər xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar günü həftənin bazar gününə təsadüf etdiyi üçün martın 9-u da qeyri-iş günüdür. Beş günlük iş həftəsi ilə işləyənlər martın 7-i, 8-i və 9-u istirahət edəcəklər.

Novruz bayramı ilə bağlı 7 gün iş olmayacaq. Nazirlər Kabinetinin qərarı ilə martın 20-dən 24-dək Azərbaycanda rəsmi olaraq bayram günləri hesab olunur. Martın 21-i və 22-i həftəsonuna düşdüyü üçün qeyri-iş günləridir və bayram günləri ilə üst-üstə düşdüyünə görə martın 25-i və 26-sı da istirahət günləri olacaq.

Xəbər lenti