Xəzər Xəbər

Baş infeksionistdən koronavirusla bağlı VACİB TÖVSİYƏLƏR

Gündəm | 14:42 • 27 Fevral 2020
Baş infeksionistdən koronavirusla bağlı

Koronavirus ilk dəfə 1965-ci ildə ortaya çıxıb. Bu virusun dörd növü insanda xəstəlik törədir. Eyni zamanda dünyada mövcud olan kəskin respirator virus infeksiyalarının 4-9 faizi koronavirusun payına düşür.

Bu sözləri açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist bildirib ki, virus Çində yayıldığı müddətdən etibarən ölkədə müvafiq qurumlar gücləndirilmiş iş rejiminə keçib: "Koronavirusun ilkin göstəriciləri digər kəskin respirator virus infeksiyalarına bənzəyir. Temperaturun yüksəlməsi, halsızlıq, iştahsızlıq, baş-boğaz ağrısı, asqırıq, öskürək, burun tutulması və digər zökəm əlamətləri meydana çıxır. Yaşlı və immuniteti zəif olan insanlarda bu xəstəlik inkişaf edərək həm ağciyərlərin zədələnməsinə, həm də tənəffüs çatışmazlığına gətirib çıxarır. İlk növbədə xarici ölkələrə səyahət edərkən orada bu xəstəliyin yayılıb-yayılmamasını nəzərə almaq lazımdır. İnsanların çoxluq təşkil etdiyi yerlərdə uzunmüddətli qalmamaq məsləhət görülür. Xəstə insanlarla təması məhdudlaşdırmaq tövsiyə olunur. Natəmiz su mənbələrindən istifadə etməmək, qida qəbuluna diqqət yetirmək mütləqdir. Maskalar virusdan tam qorumur, müəyyən qədər xəstəliyin yoluxmasını zəiflədir. Normal vəziyyətdə ağızdan qopan damcılar bir metrdən çox məsafə qət edir. Asqırma və öskürmə hallarında isə bu üç metrədək artır. Maska isə yalnız xəstənin ifraz etdiyi damcıların qarşısını alır”./publika.az

Xəbər lenti