Xəzər Xəbər

Türkiyə Prezident Administrasiyası: Dünya ictimaiyyəti Xocalı faciəsinə göz yummamalıdır

Gündəm | 14:33 • 26 Fevral 2020
Türkiyə Prezident Administrasiyası:

Dünya ictimaiyyəti Xocalı faciəsinə göz yummamalıdır.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Azərbaycanın dinc sakinlərinin qırğını bəşəriyyətin vicdanına qara ləkədir.

Xocalı soyqırımının 28-ci ildönümünü şərh edərkən Administrasiyadan bildiriblər ki, Türkiyə beynəlxalq ictimaiyyət tərəfindən Xocalı faciəsinə layiqli qiymət verilməsini gözləyir: "Türkiyə azərbaycanlı qardaşlarının ağrı-acısını bölüşür və heç vaxt bu faciəni unutmayacaq”.

Administrasiyadan, həmçinin xatırladıblar ki, Türkiyə əvvəl olduğu kimi, Ermənistanı Azərbaycan ərazilərinin işğalını dayandırmağa və bu torpaqları qanuni sahiblərinə qaytarmağa çağırır:

"Türkiyə hər zaman Azərbaycanı bütün istiqamətlərdə dəstəkləyib və dəstəkləməkdə davam edəcək. Türkiyə Xocalıdakı dəhşətli faciə ilə əlaqədar Azərbaycan xalqına dərin başsağlığı ifadə edir”.

Xəbər lenti