Xəzər Xəbər

Ərdoğanın səfərindən əvvəl Azərbaycanla bağlı mühüm qərar - Ankara qəbul etdi

Gündəm | 12:11 • 25 Fevral 2020
Ərdoğanın səfərindən əvvəl

Türkiyə quru nəqliyyatı sahəsində Azərbaycanla əməkdaşlıq haqqında sazişi ratifikasiya edib.

XəzərXəbər xəbər verir ki, bu barədə "Resmi Gazete” məlumat yayıb.

Məlumata görə, tərəflər arasında saziş 6 dekabr 2019-cu il tarixində Bakıda imzalanıb.

Qeyd olunduğu kimi, saziş yükdaşımaların həcmini artırmağı hədəfləyir. Beləliklə, 2020-ci il üçün tərəflər arasında kvota 35 min yük daşınması miqdarında müəyyən edilib.

"Bir il ərzində Türkiyə və Azərbaycan üzərindən digər ölkələrə 2.5 min yük, Türkiyə limanlarından isə 300 yük daşınması həyata keçirilə bilər”, - məlumatda qeyd edilib.

Əlavə edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlir.


Xəbər lenti