Xəzər Xəbər

Beynəlxlaq ictimaiyyət bir daha da şahid oldu ki... Hikmət Hacıyev

Gündəm | 13:03 • 24 Fevral 2020
Beynəlxlaq ictimaiyyət bir daha da şahid oldu ki...

Baş nazir Nikol Paşinyan Münhendə biabırçı və utanc təqdimatından sonra Ermənistana qayıdaraq müxtəlif cəfəng fikirlərlə özünə bəraət qazanmağa çalışır. Halbuki Ermənistan ictimaiyyəti, Ermənistanın ictimai-siyasi xadimləri bu məsələyə öz münasibətlərini bildiriblər və Paşinyanın timsalında Münhen Təhlükəsizlik Konfransında utanc yaşamalarını özləri etiraf ediblər.

XəzərXəbər xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın Baş naziri arasında baş tutan debata münasibət bildirən Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, hər bir vətəndaşımız və eyni zamanda dünya ictimaiyyəti canlı yayımlanan bu debat çərçivəsində Ermənistanın ifşasının və xüsusən də Paşiyanın özünü utanc vəziyyətə salmasının bir daha şahidi oldu: "Ermənistanın münaqişənin həlli ilə əlaqədar irəli sürdüyü əsassız iradların və yalanların tamamilə ifşa olunmasının şahidi olduq. Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli, birmənalı və münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyini dünya ictimaiyyətinin diqqətinə bir daha əsaslı dəlillərlə çatdırdı və beynəlxlaq ictimaiyyət bir daha da şahid oldu ki, Ermənistanın münaqişə ilə əlaqədar baxışları tamamilə destruktiv xarakter daşıyır, Ermənistanın məqsədi yalnız işğala əsaslanan status-kvonu saxlamaqdan ibarətdir. Həmçinin də Ermənistanın iddia etdiyi tezislər yalandan başqa bir şey deyil. İndi də onlar özlərinin bu uğursuz cəhdlərinə, cəfəng fikirlərinə haqq qazandırmaq üçün uğursuz cəhdlər edirlər”.

Xəbər lenti