Xəzər Xəbər

Hikmət Hacıyev: Parlament seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsidir

Gündəm | 12:30 • 12 Fevral 2020
Hikmət Hacıyev: Parlament seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsidir

Parlament seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsidir.


Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın "John Batchelor Show” radioverilişinə müsahibəsində deyib.


O bildirib ki, qanunvericilik hakimiyyətinin icra hakimiyyəti ilə daha yaxşı koordinasiyasının təmin olunması üçün Azərbaycanda növbədənkənar seçkilər keçirildi:


"Bu seçkilərin təşəbbüskarı hakim partiya olub. Biz bu seçkiləri Azərbaycanın ümumi siyasi sistemində daha bir inkişaf səhifəsi kimi qəbul edirik”.


H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci ildə təkrar seçilməsindən sonra hökumət qarşısında qoyulan prioritetlərdən biri Azərbaycan hökumətinin işinin səmərəliliyinin artırılması, eləcə də Azərbaycanın daha dayanıqlı və ardıcıl inkişafını təmin etmək, yeni çağırışlara hazır olmaq məqsədilə hökumətdə islahatların aparılması idi:


"Bunun nəticəsində biz Azərbaycan dövlət idarəçiliyində epoxal dəyişikliklərin şahidi olduq. Prezident Administrasiyası kimi strukturda dəyişikliklər aparıldı, yeni insanlar cəlb edildi. Nazirlər Kabinetinin tərkibində də dəyişikliklər edildi. Struktur və kadr dəyişiklikləri bir-birini tamamlayır, çünki hər bir islahat prosesində əsas amil bu islahatları həyata keçirən insanlardır”.


Xəbər lenti