Xəzər Xəbər

ATƏT müşahidəçisi: Seçkidə neqativ hal qeydə alınmayıb

Gündəm | 16:15 • 9 Fevral 2020
ATƏT müşahidəçisi:

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri 81 saylı Beyləqan seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkiləri müşahidə ediblər.

ATƏT DTİHB müşahidəçisi Halogh Nora müsahibəsində seçki prosesində neqativ halın qeydə alınmadığını bildirib: "Hər şey yaxşıdır, neqativ hal qeydə alınmayıb. Hər şey qaydasındadır”.

Qurumun digər müşahidəçisi Pavel Kuznatsov da seçicilərin aktivliyinin normal olduğunu deyib.

Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın əhatə etdiyi 39 seçki məntəqəsində 37 min 137 seçicinin səs verməsi nəzərdə tutulur. Səsvermənin gedişini 541 müşahidəçi izləyir. Dairə üzrə 10 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.


Xəbər lenti