Xəzər Xəbər

Prezidentin köməkçisi: Azərbaycanla İtaliya iqtisadi əməkdaşlığın yeni formasına keçə bilər

Gündəm | 16:11 • 9 Fevral 2020
Prezidentin köməkçisi:

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq "bumeranq investisiyalar” formatında inkişaf edə bilər.

İtaliyanın "Agenzia Nova” portalı xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda italiyalı jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bu, iki ölkə arasındakı münasibətlərdə yeni forma olacaq: "Əslində bu, qarşılıqlı faydalı əməkdaşlıqdır. Azərbaycan İtaliyada hər hansı bir layihəyə sərmayə yatırır, sonra bundan əldə olunan gəlirlər ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün istifadə edilir”.

Xəbər lenti