Xəzər Xəbər

Prokurorluq "3 nəfərin öldüyü" hadisə barədə məlumat yaydı

Gündəm | 14:37 • 9 Fevral 2020
Prokurorluq "3 nəfərin öldüyü" hadisə barədə məlumat yaydı

"Bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb".

XəzərXəbər xəbər verir ki, bu barədə Baş Prokurorluğun bu gün yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur: "Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların Mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər".

Xəbər lenti