Xəzər Xəbər

Avtobus sürücülərinə mərkəzdən məlumatlar ötürüləcək YENİLİK

Gündəm | 14:13 • 9 Fevral 2020
Avtobus sürücülərinə mərkəzdən məlumatlar ötürüləcək

İctimai nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb.

Bu barədə məlumatı XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyi verib. Bundan sonra Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürüləcək. Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edəcək.

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.

Xəbər lenti