Xəzər Xəbər

ATƏT PA müşahidəçisi: “Heç bir qayda pozuntusuna rast gəlməmişik”

Gündəm | 12:13 • 9 Fevral 2020
ATƏT PA müşahidəçisi: “Heç bir qayda pozuntusuna rast gəlməmişik”

ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçiləri Qubada seçki prosesini izləyirlər.

Onlar bir neçə seçki məntəqəsində olublar. ATƏT Parlament Assambleyasının Macarıstandan olan müşahidəçisi Aleksandra Dobolin bildirib ki, hər şey yaxşı təşkil olunub. "Bu, bizim müşahidə apardığımız birinci seçki məntəqəsidir”.

O bildirib ki, ən az 10 məntəqədə müşahidə aparacaqlar.

ATƏT Parlament Assambleyasının Valeri Şaqiyev bu vaxta heç bir qayda pozuntusunarast gəlmədiklərini deyib. "Seçici aktivliyi bir az aşağıdır və amma günün birinci yarısıdır.Düşünürəm ki, nahara kimi seçki aktivlik artacaq”.

Qeyd edək ki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 367 məntəqədə səs verirlər. Bu regionda 6 deputat yeri uğrunda 76 namizəd mübarizə aparır.

Xəbər lenti