Xəzər Xəbər

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Gündəm | 11:44 • 9 Fevral 2020
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

XəzərXəbər xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək seçki dairəsidir.

56 saylı Xaçmaz kənd seçki dairəsindən seçici fəallığı 21,03 faiz ( 37 970 seçicidən 8234 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsindən 21,03 faiz (46 225 seçicidən 9864 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2 faiz (30 534 seçicidən 352 nəfər) olub.

Xəbər lenti