Xəzər Xəbər

20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə fəallığı müşahidə edilir

Gündəm | 11:15 • 9 Fevral 2020
20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində

Bakının 20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb.

20 saylı Nərimanov II seçki dairəsi ərazisində 33 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 44 min 363 seçici qeydiyyata alınıb. Namizədlərin sayı 12 nəfərdir. Ən yaşlı seçicinin 100 yaşı var.

Məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.

Zəruri avadanlıqla təchiz edilən məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Bundan başqa, bütün məntəqələrdə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.

Seçki prosesinin başlanmasından keçən müddətdə seçicilərin fəallığı müşahidə olunur. Seçki komissiyalarında müşahidəçilər seçki prosesinin gedişini izləyirlər. Kütləvi informasiya vasitələrinin nümayəndələri seçkilərin işıqlandırılmasında yaxından iştirak edirlər.

Xəbər lenti