Xəzər Xəbər

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə səsvermə prosesini 955 müşahidəçi izləyir

Gündəm | 11:56 • 9 Fevral 2020
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə səsvermə prosesini 955 müşahidəçi izləyir

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə fəaliyyət göstərən 63 məntəqədə Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermə kampaniyasına bu gün səhər saat 8:00-da start verilib.

Dairə seçki komissiyasının sədri Azad Dursunəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dəqiqləşdirilmiş siyahıya əsasən səsvermədə 41 min 290 nəfər seçici iştirak etməlidir. Onlar seçki bülletenlərinə daxil edilən 10 namizəddən istədikləri şəxsə səs verə bilərlər. Səsvermənin təlimata uyğun keçirilməsi, hər kəsin öz fikirini sərbəst, demokratik şəraitdə ifadə etməsi üçün lazımi şərait yaradılıb. Məntəqəyə gəlməyə imkanı olmayan seçicilər üçün səyyar qutular ayrılıb.

Qeyd edək ki, səsvermədə şəffaflığın təmin olunması, demokratik prinsiplərə əməl edilməsi ciddi diqqət mərkəzindədir. Dairə üzrə 955 müşahidəçi bu prosesi izləyir. 10 məntəqədə "Rəy Monitorinq Mərkəzi”nin nümayəndələri sorğu keçirir.

Xəbər lenti