Xəzər Xəbər

ATƏT-in müşahidəçi Artur Gerasimov: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam

Gündəm | 11:05 • 9 Fevral 2020
ATƏT-in müşahidəçi Artur Gerasimov:

Səsvermənin gedişində indiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam.

Bunu AZƏRTAC-a müsahibəsində ATƏT-in müşahidəçi Artur Gerasimov deyib.

Müşahidəçi bildirib ki, hazırda ATƏT-in 360-dək müşahidəçisi Azərbaycanda keçirilən seçkiləri izləyir.

"Biz seçkilərdən əvvəl Mərkəzi Seçki Komissiyasının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının, partiyaların təmsilçiləri ilə görüşmüşük, kifayət qədər məlumatımız var. Hazırda bizim nümayəndələrimiz bütün ölkə üzrə seçkiləri müşahidə edirlər. Bütün məlumatları toplayıb analiz etdikdən sonra mətbuat konfransı keçirəcəyik”, - deyə Artur Gerasimov qeyd edib.

Xəbər lenti