Fevralın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilir.
Xezerxeber.az xəbər verir ki, iclası açan Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov gündəliyin zəngin olduğunu bildirib.
Tədbirdə bir sıra məsələlər, o cümlədən təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq müzakirə olunacaq.
İclasın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.